Deməyin ki, nədir dərdin
Siz bir yana mən bir yana
Paxıl olmaq zülüm etmək
Yaraşmaz heç bir insana
Nəyə lazım belə olmaq
Yığıldım artıq mən cana
Kimə yandım yaxın oldum
Vəfasızlıq gördü gözüm
Bu səbəbdən neçə ildir
Yaralandım gülmür üzüm
Özüm etdim olan oldu
Günahkar olmuşam özüm
Sizə nə varki siz danışılası söz tez taparsız
Yerimə olmadan siz çətin məni anlayarsız
Məni qınamayın daha sınamayın çox yoruldum
Bu olanlardan yaşananlardan çox yoruldum
Həyatımda daha yer yox
Ümüdsüzlüklərnən dolu
Nə yarım var nədə dostum
Səssizdir hər yer qorxulu