Rədd elə ürəyindən bu gərəksiz mərhəmət hissin
Qoy bütün aləm silkələnsin elə qədrini bilsin
Ürəyin yumşaqdır pambıqdan, süddən bəyaz
Çat qaşlarını o nazlı canan da həddini bilsin
Eşqin önündə əyilmə, dik dur, hörmətin olsun
Yıxılma bir xoş sözə görə, bağışla, minnətin olsun
Könlünə dəysə bir Adəmin övladı rədd elə getsin
Töksün göz yaşlarını arxanca həddini bilsin